Suriyalı uşaq "kimyəvi hücum"dan danışdı
"Ağ papaqlar" tərəfindən hazırlanmış kimyəvi hücumla bağlı saxta videoda Duma şəhərinə edilmiş "kimyəvi hücum"un qurbanlarından biri kimi qələmə verilənHəsən Dyab əslində nə baş verdiyindən danışıb.
Həsən Dyab "Rusiya 1" telekanalına verdiyi müsahibədə deyib: Biz bir zirzəmidə idik. Anam mənə dedi, oğlum yeməyə heç nəyimiz yoxdur. Bu gün ac qalacağıq. Sonra mən küçədən gələn bir səsi eşitdim. Deyirdi: Xəstəxanaya gedin. Biz xəstəxanaya getdik. Xəstəxanaya daxil olan kimi, bizi tutub, üzərimizə su tökməyə başldılar. Xəstəxanadakı çarpayıların üzərində otuzdurdular..
"Rusiya 1" telekanalının aparaıcısı bu uşağın "Ağ papaqlar" tərəfindən hazırlanmış filmdə iştiraka məcbur edildiyini deyib.
Həsənin dediyindən də aydın olur ki, ac olan bu uşağı, ona düyü, xurma və çörək verəcəkləri vədi ilə, bu filmdə rol almağa məcbur ediblər.
Həsənin atası da oğlunun dediklərini təsdiq edərək, heç bir kimyəvi hücumun olmadığını deyib.
14 apreldə Duma şəhərinə kimyəvi hücum bəhanəsi ilə ABŞ, Britaniya və Fransa Suriyanın müxtəlif məntəqələrinə yüzdən çox raket zərbəsi endiriblər.