Seyid Həsən Nəsrullah: Müqavimət raketləri işğal edilmiş Fələstinin istənilən nöqtəsini vurmağa qadirdir
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah müqavimətin raketlərinin işğal altında olan fələstinin istənilən nöqtəsini vurmağa qadir olduğunu deyib.
İRİB-nin verdiyi məlumata görə, Seyid Həsən Nəsrullah bu gün Beyrutun cənubunda seçki kampaniyası ilə əlaqədar keçirilən yığıncaqda video-konfrans vasitəsilə etdiyi çıxışda deyib: Livan Hizbullahı heç vaxt müqavimətdən əl çəkməyəcək. Və müqavimət barəsində bazarlıq ediləcək mövzu deyil. Çünki, ən böyük fədakarlıqlar hesabına əldə edilib və bizim izzətimiz və mənliyimizdir.
Seyid Həsən Nəsrullah həmçinin İsrail rejiminə qarşı mübarizədə Sur şəhərinin önəminə təkid edib və deyib: Sur 1982-ci ildə işğalçı düşmən qarşısında müqavimət göstərdi və ilk şəhadətsevər əməliyyat bu şəhərdə baş verdi. Sionist düşmənin məğlubedilməzlik eyforiyasını sındırdı və onun dayaqlarını lərzəyə gətirdi.
Seyid Həsən Nəsrullah həmçinin, Livan xalqına xitabən deyib: Sizin vəzifəniz müqaviməti qorumaqdır və bu 6 may 2018-ci il tarixində yerinə yetirilməli olan bir məsuliyyətdir. Bütün şəhər və kəndlərdə insanların seçki qutularına doğru axışdığı və "Ümid və Sədaqət" siyahısına səs verdiyi zaman. Sizin verəcəyiniz hər bir səs bütün livanlılar və dünya üçün bir müraciət olacaq. Müqaviməti himayə müraciəti.
Livan Hizbullahının baş katibi həmçinin, ölkənin iqtisadi vəziyyətinə işarə edib və deyib: Korrupsiya ilə mübarizə qətiyyətlilik tələb edir. Livan xalqı bu gündən etibarən səhnədə olacaq.