Apr 25, 2018 15:51 Asia/Baku
  • Yəmənin Milli Müqavimətinin odu Saleh Əs-Səmadın terroru ilə alovlanıb
    Yəmənin Milli Müqavimətinin odu Saleh Əs-Səmadın terroru ilə alovlanıb

İraqın Xalq Səfərbər Qüvvələri Təşkilatı Həşdüş-Şəəbinin rəis müavini Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əs-Səmadın terror edilməsinə reaksiyada bildirib: Bu terror Yəmənin milli müqaviməti odunun alovunu artıracaq.

Fars Xəbər Agentliyinin məlumatına görə, Əbu Mehdi əl-Mühəndis deyib: Saleh Əs-səmad zalım və fitnə qarşısında təkcə Yəmən xalqı və müqavimətinin şəhidi deyil, vəhhabilik, terrorizm və müttəfiqləri qarşısında islam ümmətinin şəhididir.

Əl-Mühəndis əlavə edib: Bu komandan və böyük rəhbərin terror edilməsi Yəmən xalqının iradəsini zəiflətməyəcək, üstəlik Yəmənin səudiyyəli təcavüzkarların şərrindən azad olunması yolunu davam etdirməsinə təkan verəcək.

Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əs-Səmad ötən cümə axşamı günü Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiya qırıcılarının Yəmənin qərbində əl-Hüdeydə vilayətinə hücumunda şəhid olub.

Səudiyyəli təcavüzkar koalisiyanın Saleh Əs-Səmadı terror etməsi regional və beynəlxalq tənqidlərə tuş gəlib.

Səudiyyə Ərəbistanı və müttəfiqlərinin ABŞ-ın dəstəyi ilə Yəmənə hərbi təcavüzü 2015-ci il mart ayından başlayıb və indiyədək on minlərlə yəmənli həlak olmuş və yaralanmışdır.

Teqlər