Livanda parlament seçkilərinə start verilib
Livan parlament seçkiləri yerli vaxtla səhər saat 7-dən başlanıb. Bu seçkilərdə parlamentin 128 deputatı seçiləcək. Seçkilər 12 saat davam edəcəək.
Livan parlament sisteminə malikdir və hökumət parlament vasitəsi ilə formalaşır. Başqa sözlə Livanda iqtidar mərkəzi parlamentdir və prezidentin seçilməsi, baş nazirə etimad səsinin verilməsi parlamentin səlahiyyətlərinə daxildir.
Nisbilik meyarı əsasında hazırlanmış Livanın seçki qanununa görə, xalq seçki siyahılarına səs verir və hər siyahı səslərin sayı əsasında parlamentdə yerə malik olacaq. Hər fərd sadəcə bir siyahıya səs verə bilər və həmin siyahının üzvlərindən birini də öz tərcihi kimi təqdim edə bilər.
Livanda sonuncu dəfə parlament seçkiləri 2009-cu il iyunda keçirildi və hazırkı parlamentin fəaliyyət müddəti 2013-cü il may ayında sona çatdı amma 3 dəfə parlamentin fəaliyyət müddəti uzadıldı.