Təcavüzkar səud qırıcılarının Sənaya hücumu
Təcavüzkar səud qırıcıları Yəmənin paytaxtı Sənanın müxtəlif məntəqələrini bombalayıblar.
Səud qırıcılarının Sənaya qarşı hücumunda Yəmənin müdafiə və daxili işlər nazirliklərinin binaları hədəfə alınıbdır.
Yəmənin şimalında yerləşən Səədə şəhərinin yaxınlığındakı Əlsəhn məntəqəsində mövcud olan iki yanacaqdoldurma məntəqəsi səud qırıcılarının hücumlarına məruz qalıbdır.
Səud qırıcıları həmçinin Marəb vilayətində yerləşən Sərvah rayonunu dörd dəfə hədəfə alıblar.
Belə bir halda, Yəmənin müdafiə nazirliyi bazar günü gecə bildirib ki, Yəmənin ordusu və xalq komitərlərinin raket bölmələri dünən bir ədəd "Zəlzal 1" ballistik raketi ilə səud muzdurlarının Ərəbistanın cənubundakı "Cizan" sərhəd məntəqəsində yerləşən "Əltəval" keçidindəki mövqelərini hədəfə alıblar.
Yəmənli qüvvələr təcavüzkarların hücumlarına reaksiyada Ali-Səud rejiminin və onun muzdurlarının Yəməndə və Ərəbistandakı mövqeləri və bazalarını hədəfə alırlar.
ABŞ-ın dəstəyi ilə həyata keçən Ərəbistanın Yəmənə qarşı hücumları 2015-ci ilin martından bəri Yəmən xalqını qırmaq, bu ölkənin həyati infrastrukturlarını dağıtmaq və yoluxucu xəstəliklərə yol açmaqla davam edir.