Fələstinli ana şəhid körpəsinə vida etdi
May 16, 2018 20:29 Asia/Baku
İsrail rejiminin Qəzzə zolağında törətdiyi son cinayətin şəhidlərindən biri 8 aylıq körpə idi.
Leyla Ğundurun cənazəsi anasının bu körpə şəhid ilə ürək sızladan vidalaşmasının ardınca torpağa taşırılıb. Leylanın anası körpə balasının yanağını son dəfə öpərək, onun cansız bədənini atasına verir. Bununla da Leyla atasının qolları üzərində son mənzilə doğru aparılıb. Qəzzə sərhədlərində baş verən hadisələrdə ən təsirli mənzərələrdən biri də yaralılara yardım etmək üçün aksiyaların keçirildiyi məkana gəlmiş fələstinli həkim Mötəsim Ən-Nunun gözlənilmədən qardaşının cənazəsi ilə qarşılaşması səhnəsi idi.