May 18, 2018 21:26 Asia/Baku
  • ABŞ bir daha Livan Hizbullahını sanksiya etdi
    ABŞ bir daha Livan Hizbullahını sanksiya etdi

ABŞ maliyyə nazirliyi dünən gecə Livan Hizbullahı ilə bağlı daha bir qrup şəxsi və müəssisəni sanksiya edibdir.

Amerikanın maliyyə nazirliyi Hizbullahın İrandakı nümayəndəsi Seyib Abdullah Səfyəddini və Hizbullah rəsmilərindən olan Muhəmməd İbrahim Bəzini sanksiya edib.

Hizbullahın tabeliyində olan beş müəssisə və orqan da Amerikanın maliyyə nazirliyinin sanksiya siyahısına salınıbdır.

Teqlər