BƏƏ rəsmiləri sarsaqcasına ittihamlarını davam edirlər
Birləşmiş Ərəb Əmirliklərinin xarici siyasət üzrə müşavir naziri bu ölkə rəsmilərinin İran İslam Respublikasına qarşı sarsaqlamalarının davamında İranın atom silahı ardınca olduğunu iddia edib.
Ənvər Fərqaşın bu gülünc iddiası elə bir şəraitdədir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik indiyədək dəfələrlə İranın nüvə fəaliyyətlərinin sülhməramlı olduğunu vurğulayıb.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, BƏƏ-nin xarici siyasət üzrə müşavir naziri ölkəsinin İranın nüvə proqramı barədə mövqeyinin ABŞ prezidenti Donald Trampın mövqeyi ilə eyni olduğunu bildirərək Vaşinqtonun nüvə sazişindən çıxmasını dəstəkləyib.
Ənvər Fərqaş həmçinin Avropa ölkələrinin nüvə sazişini qoruyub-saxlamaq cəhdlərindən kəskin narazılığını bildirib.
Fərqaş Tramp ilə eyni istiqamətdə iddia edib ki, İran nüvə sazişindən özünün regional nüfuzunu genişləndirmək üçün faydalanır.
O avropalıların nüvə sazişini mühafizə etməməli olduqlarını bildirib.