Onlarla pakistanlı istilik nəticəsində dünyasını dəyişdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i308810-onlarla_pakistanlı_istilik_nəticəsində_dünyasını_dəyişdi
Pakistanın cənubunda Sind əyalətinin mərkəzi olan Karaçi şəhərində güclü istilər nəticəsində azı 65 nəfər dünyasını dəyişib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
May 22, 2018 13:29 Asia/Baku
  • Onlarla pakistanlı istilik nəticəsində dünyasını dəyişdi
    Onlarla pakistanlı istilik nəticəsində dünyasını dəyişdi

Pakistanın cənubunda Sind əyalətinin mərkəzi olan Karaçi şəhərində güclü istilər nəticəsində azı 65 nəfər dünyasını dəyişib.

İRNA-nın məlumatına görə, həlak olanlar ötən 72 saat ərzində güclü istilik və rütubət nəticəsində yaranan problemlər nəticəsində həyatlarını itiriblər.

Ötən günlərdə Ramazan ayının başlanması ilə yanaşı Karaçi şəhərində havanın temperaturu 44 dərəcə istilik və 50 dərəcə rütubətlik elan olunub.

Pakistanın müxtəlif şəhərləri, o cümlədən Karaçidə elektrik verilməsinin uzun saatlarla kəsilməsinə görə, bu şəhər sakinləri gecə-gündüz ərzində saatlarla istiliyə dözməli olurlar.

2016-cı il yayda da Sind əyalətində azı 2 min nəfər istilik nəticəsində dünyasını dəyişdi.