Həccə vilayətində səudiyyəli muzdlular böyük məğlubiyyətə uğrayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i309514-həccə_vilayətində_səudiyyəli_muzdlular_böyük_məğlubiyyətə_uğrayıb
Yəmən xalq qüvvələri Həccə vilayətinin Hirz şəhəri ətrafında Ərəbistanın başçılıq etdiyi koalisiya qırıcılarının hava dəstəyinə malik səudiyyəli muzdluların irimiqyaslı hücumlarının qarşısını alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2018 05:16 Asia/Baku
  • Həccə vilayətində səudiyyəli muzdlular böyük məğlubiyyətə uğrayıb
    Həccə vilayətində səudiyyəli muzdlular böyük məğlubiyyətə uğrayıb

Yəmən xalq qüvvələri Həccə vilayətinin Hirz şəhəri ətrafında Ərəbistanın başçılıq etdiyi koalisiya qırıcılarının hava dəstəyinə malik səudiyyəli muzdluların irimiqyaslı hücumlarının qarşısını alıblar.

İRİB-in əl-Məsirə televiziyasına istinadla verdiyi məlumata görə, Yəmən xalq qüvvələri səudiyyəli təcavüzkar qırıcıların 80 ədəd raket atmasına reaksiyada onlarla ərəbistanlı muzdlunu öldürüb, yaralayıb və onlara məxsus üç hərbi avtomobili məhv edib. 

Yəmən xalq qüvvələri həmçinin Ərəbistanın cənub-qərbində Cizanda Cəbəl Əd-Duxan bölgəsi yaxınlığında sərhəd gözətçiləri mərkəzini ağır artilleriya ilə atəşə tutub. 

Bu arada Yəmənin Təiz vilayətinin qərbində Həmir cəbhəsində Təbə əl-Xəzan və Təbə əl-Həsən bölgələrində Yəmən qüvvələri onlarla səudiyyəli muzdlunu məhv edib. 

Digər tərəfdən səudiyyəli düşmənin əl-Hüdeydə vilayətində Ət-Təhita qəsəbəsinin Əs-Səviq məhəlləsinə hava hücumlarında bir yəmənli həlak olub.