BAT Ərəbistanda tanınmış insan haqları fəalının həbsini tənqid etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i309526-bat_Ərəbistanda_tanınmış_insan_haqları_fəalının_həbsini_tənqid_etdi
Səudiyyə Ərəbistanında hüquq və insan haqları fəallarına qarşı həbs dalğası ilə əlaqədar proseslərin davamında, Beynəlxalq Amnistiya Təşkilatı Ərəbistanda insan haqları fəalının həbs olunmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2018 08:45 Asia/Baku
  • BAT Ərəbistanda tanınmış insan haqları fəalının həbsini tənqid etdi
    BAT Ərəbistanda tanınmış insan haqları fəalının həbsini tənqid etdi

Səudiyyə Ərəbistanında hüquq və insan haqları fəallarına qarşı həbs dalğası ilə əlaqədar proseslərin davamında, Beynəlxalq Amnistiya Təşkilatı Ərəbistanda insan haqları fəalının həbs olunmasından xəbər verib.

Beynəlxalq Amnistiya Təşkilatının Yaxın Şərq məsələləri üzrə direktoru Səmah Hədid Fransa İnformasiya Agentliyi ilə müsahibədə Ərəbistanın Həsəm Hüquq və Siyasi Cəmiyyətinin təsisçilərindən Məhəmməd əl-Bəcadinin həbs olunmasını bu ölkədə insan haqları fəallarının həbsi üzrə siyasətin davam etməsinin göstəricisi adlandırıb və səudiyyə rejimindən tez bir zamanda insan haqları müdafiəçilərini azad etməsini istəyib. 

Ali-Səud rejimi buncan öncə də əl-Bəcadini üç dəfə qeyri-qanuni cəmiyyət fəaliyyətlərində iştirak etmək, ölkənin imicini korlamaq və qadağan olunmuş kitabları saxlamaq bəhanəsi ilə həbs olunmuşdur. 

Həmçinin Ərəbistan rəsmiləri Məhəmməd əl-Bəcadini və Həsəm Cəmiyyətinin bəzi üzvlərini həbs və onların fəaliyyətini qadağan edib.