May 28, 2018 08:42 Asia/Baku
  • Tunisdə Livanın cənubunun azad edilməsinin ildönümü qeyd olunub
    Tunisdə Livanın cənubunun azad edilməsinin ildönümü qeyd olunub

Tunis xalqı Livan Hizbullahının sionist rejim üzərindəki qələbəsinin 18-ci ildönümü gününü müqavimət və azadlıq günü kimi qeyd edib.

Tunis xalqı Livanın cənubunun sionist rejimin işğalından azad edilməsinin 18-ci ildönümü gününü qeyd edərək, müqaviməti qələbə rəmzi adlandırıbdır.

Tunis xalq hərəkatının baş katibi Zəhir Məzavi müqavimət və azadlıq günü barədə deyib ki, Livan Hizbullahı 2000-ci ildə bu ölkənin cənubunu sionist rejimin işğalından azad edərək, 2006-cı ilə sionistləri ağır məğlubiyyətə uğratdı və bu gün Tunisin növbəsidir ki, bu ölkənin dövləti və xalqının Fələstin, Hizbullah və müqavimət məsələlərindəki mövqeyini sübuta yetirsin.

Venesuelanın Tunisdəki səfiri Əfif Tacəddin də öz növbəsində Venesuela xalqı və dövlətinin salamlarını ərəb müqavimətinin əsası olan Livan Hizbullahına bəyan etdi.

Tunis Əlnəhzə hərəkatının mərkəzi şurasının sədr əvəzi Səhbi Ətiq də belə deyib: Livan Hizbullahı sionist rejimə qarşı mübarizədə öndə gedir və Tunisin Əlnəhzə hərəkatı bütün müqavimət qruplarına, o sıradan Həmas-a və Hizbullah-a dəstək verir.

Tunis xalqı bu qənaətdədir ki, müqavimətin və Suriya ordusunun ardıcıl qələbə və nailiyyətləri sionistlərin fitnələrini nakam qoya bilibdir.

Teqlər