Yəməndən BƏƏ-yə xəbərdarlıq: Bundan sonra BƏƏ Yəmən raketlərinin hədəfindədir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i310804-yəməndən_bƏƏ_yə_xəbərdarlıq_bundan_sonra_bƏƏ_yəmən_raketlərinin_hədəfindədir
Yəmən ordusunun sözçüsü cümə günü Birləşmiş Ərəb Əmirliklərinə xəbərdarlıq edib ki, bu gündən etibarən bu ölkə Yəmən raketlərinin hədəfində olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2018 04:10 Asia/Baku
  • əməndən BƏƏ-yə xəbərdarlıq: Bundan sonra BƏƏ Yəmən raketlərinin hədəfindədir
    əməndən BƏƏ-yə xəbərdarlıq: Bundan sonra BƏƏ Yəmən raketlərinin hədəfindədir

Yəmən ordusunun sözçüsü cümə günü Birləşmiş Ərəb Əmirliklərinə xəbərdarlıq edib ki, bu gündən etibarən bu ölkə Yəmən raketlərinin hədəfində olacaq.

İRNA-nın məlumatına görə, Şərəf Loğman bildirib: Birləşmiş Ərəb Əmirlikləri bun gündən təhlükəsizlikdə olmayacaq. 

Yəmənin müdafiə naziri ordu generalı Məhəmməd Nasir əl-Atifi də cümə günü deyib: Təcavüzkarların üzünə cəhənnəmin qapıları açılacaq. 

Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və bir neçə digər ölkənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib, bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb. Ərəbistan, BƏƏ və müttəfiqlərinin Yəmən müharibəsi indiyədək 14 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması və milyonlarla nəfərin didəgrin düşməsi ilə nəticələnib. 

Ərəbistan və BƏƏ-nin hərbi təcavüzü yoxsul Yəməni ərzaq maddələri və tibbi preparatların çatışmazlığı ilə üzləşdirib. 

Səudiyyə rejimi və müttəfiqləri Yəmən xalqının müqavimətinə görə, indiyədək öz məqsədlərinə çata bilməmişlər.