İyun 03, 2018 21:28 Asia/Baku
  • Ərəbistanın Misir və İsrail arasındakı barışıq müzakirələrini himayə etməsi ifşa edilib

ABŞ Dövlət Departamenti Ərəbistanın Ənvər Sadatın Misir prezidenti olduğu dövrdə İsrail ilə Misir arasındakı sülh müzakirələrini himayə etməsinə dair məxfi sənədləri ifşa edib.

İRİB-nin verdiyi məlumata görə, ABŞ Dövlət Departamenti Kemp Deyviddə Misir və İsrail arasında baş tutan sülh danışıqları ilə bağlı yeni sənədləri ifşa edib. Bu sənədlərə əsasən Ərəbistan o zaman Təl-Əviv ilə Qahirə arasındakı sazişin əldə edilməsini dəstəkləyirmiş. 

Bu məlumata görə, 1978-ci ilin avqustunda ABŞ-ın Ərəbistandakı səfirliyindən ABŞ Dövlət Departamentinə göndərilən teleqrafda ABŞ-ın o zamankı səfiri Con Si Vest ilə Ərəbistanın o zamankı xarici işlər naziri Səud Əl-Feysəl arasında 9 avqust tarixində Taif şəhərində gizli görüşün baş tutduğu bildirilir. 

Bu məlumata əsasən həmin görüşdə Ərəbistanın xarici işlər naziri Səud Əl-Feysəl ABŞ prezidenti Cimi Karterin Misir prezidenti Ənvər Sadat ilə İsrailin baş naziri Menaxim Beygeni Kemp Deyviddə sülh danışıqlraına dəvət etməsini müsbət addım qiymətləndirərək, dəstəklədiyini bildirib. 

Bu teleqramda həmçinin deyilir: Səud Əl-Feysəl ABŞ səfiri ilə görüşdə deyir: Biz Kemp Deyvid danışıqlarının uğurlu alınmasını istəyirik. Çünki, bu Misir və Amerikadakı yaxın dostlarımızın uğuru olmuş olacaq. Və biz də əlimizdən gələn köməkliyi etməyə hazırıq. 

Kemp Deyvid Ərəb-İsrail müharibəsində, müharibə tərəfləri arasında ilk sülh anlaşması olaraq, Misir və İsrail arasında sülhün əldə edilməsi ilə nəticələnir. 

Teqlər