Səudiyyə Ərəbistanı Yəmənin qərbinə hücum edib
Yəmən İnqilabının Ali Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi dünən gecə Livanın Əl-Məyadin telekanalına verdiyi açıqlamada deyib: Səudiyyə qüvvələrinin Yəmənin qərb sahilləri və Əl-Hüdəydəyə hücumları, Amerika və sionist rejimin dəstəyi ilə baş tutub.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Məhəmmədəli Əl-Husi 31 mayda Əl-Hüdeydə sahil zolağının təcavüzkarların qəbiristanlığına çevriləcəyini bildirmişdi.
Əl-Husi deyib: Hərbi surprizlər yoldadır və yaxın gələcəkdə onların şahidi olacağıq. Təcavüzkar koalisiyaya qarşı əlimizdə xeyli kartlar var.
O deyib: Amerikan-Səudiyyə koalisiyasının Yəmənə qarşı hücumlarının başlandığı gündən biz siyasi həll yolunun tərəfdarı olduğumuzu bildirmişik. Təcavüzkar koalissiya ölkələri onların təcavüzlərinin dayandırılmasına yönəlik hərhansı plana mane olurlar. Təcavüzkarların Səna aeroportu və yaxud əl-Hüdeydə limanının mühasirəyə alınmasına dair vədlərinin heçbiri reallaşmayıb.
Səudiyyə və Birləşmiş Ərəb Əmirliklərinin hərbçiləri ötən aydan əl-Hüdeydə limanını işğal etmək məqsədi ilə əməliyyatlara başlayıblar.
Əl-Hüdeydə limanı Yəmənə humanitar yardımların ən əsas marşrutu hesab olunur.
Birləşmiş Millətlər Təşkilatı son vaxtlar Yəmənin əl-Hüdeydə liman şəhərində gecən prosseslərə görə nigaranlıq ifadə edib.
Səudiyyə Ərəbistanı və BƏƏ-nin təcavüzü yoxsul Yəmən ölkəsini ərzaq və dərman çatışmazlığı ilə üz-üzə qoyub.