Suriya ordusunun Həma ətrafına hücumunda 8 terrorçu ölüb
Suriya ordusu Həma ətrafında şosse yoluna istiqamətləndirilən raket vuraraq terrorçu qrupun 8 üzvünü məhv edib bir neçə nəfəri yaralayıb.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, may ayının ortalarında terrorçular silahlarını təhvil verdikdən sonra Suriyanın şimalına köçürüldülər və beləliklə Hums və cənubi Rif terrorçulardan təmizlənmiş oldu.
Əl-Məyadin telekanalı bildirir ki, İŞİD terrorçu qrupu Təhrirrüşşamın bu qrupun gizli bazalarından birinə hücumundan sonra təhrirrüşşam və İdlib Azad Ordusu üzvlərindən bir neçəsini oğurlayıblar və onlardan üçünün başını kəsiblər.
Suriyanın şimal qərbində yerləşən İdlib vilayəti Fue və Kəfəriya qəsəbələrindən başqa terrorçuların nəzarətindədir.
Başqa məlumata görə, Amerikanın dəstəklədiyi Suriya Demokratik Partiyası adlandırılan qrupun ərəb və kürd qolları Suriya dövləti ilə qeyd-şərtsiz müzakirəyə hazır olduqlarını bildiriblər.
Ötən ay Surya prezidenti Bəşar Əsəd yaraqlı kürdlərə müzakirə yolu ilə əraziləri geri verməzlərsə, güc tətbiq edəcəyini bildirmişdi.
Suriyada böhran 2011-ci ildə regiondakı balansı sionist rejimin xeyirinə dəyişmək məqsədi ilə Səudiyyə Ərəbistanı, Amerika və onun müttəfiqlərinin dəstəklədikləri terrorçu qrupların geniş hücumu ilə başlandı.