İŞİD-in Kərkükə hücumu zərərsizləşdirilib
İraqın Həşdüşşəbi qüvvələri bir bəyanat yayaraq bildirib ki, Əl-Həşdüşşəbi və polis qüvvələri İŞİD terrorçularının Kərkükdə bir kəndə qarşı hücumunu zərərsizləşdirə bilib.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, İŞİD terrorçuları bu gün səhər Kərkükün şərqində Qara Təpə kəndinə hücum etməyi planlaşdırıblar ancaq Həşdüşşəbi və polis qüvvələrinin müqaviməti ilə üzləşiblər.
Həşdüşşəbinin bəyanatında deyilir: Ən azı 20 İŞİD terrorçusu bu əməliyyatda iştirak edib və Həşdüşşəbi və polis qüvvələrinin düzgün reaksiyası nəticəsində ağır ziyanlara məruz qalıblar.
İraq mediyası bildirib ki, İŞİD terrorçularından ibarət bir qrup Kərkükün cənubunda Dağıq kəndində iki mülkini oğurlayıblar.
İraqın baş nazri ötən il noyabrda İŞİD-ə qarşı müharibənin sona çatmasını elan etsə də bu terrorçu qrupun ara-sıra pərakəndə fəaliyyətləri İraqın şimal zonalarında o sıradan Kərkük və Bağdadın ətrafında davam etməkdədir.