İyun 21, 2018 11:11 Asia/Baku
  • BƏƏ zabitlərinin Yəmənin cənubunda məhbusları işgəncə etməsi ifşa olunub

Kütləvi İnformasiya Vasitələri ifşa ediblər ki, Birləşmiş Ərəb Əmirliklərinin zabitləri Yəmənin cənubunda bir həbsxanada yüzlərlə məhbusa işgəncə veriblər.

Associated Pressin məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri zabitləri Yəmənin cənubunda Ədənin Ber Əhməd həbsxanasında yüzlərlə məhbusu kütləvi şəkildə zorlayıblar. Bu məsələ 10 mart tarixinə aiddir. 

ABŞ-ın İnformasiya Agentliyi həbsxanadan çölə sızmış kadrları yayımlayıb. Həmin kadrlar BƏƏ zabitlərinin məhbusları zorlayaraq onları işgəncə etdiklərini əks etdirir. 

Bundan öncə Yəməndə BƏƏ zabitlərinin nəzarəti altında bir neçə gizli həbsxananın olduğu ifşa olunmuşdu. 

BƏƏ rəsmiləri Associated Pressin məlumatı haqda açıqlama verməkdən çəkiniblər. 

Teqlər