İyun 23, 2018 11:20 Asia/Baku
  • Ərəbistan yeddinci il dalbadal Suriya xalqını həcc mərasimindən məhrum edibdir
    Ərəbistan yeddinci il dalbadal Suriya xalqını həcc mərasimindən məhrum edibdir

Suriyanın vəqflər nazirliyi bildiribdir ki, Ərəbistan yeddinci il dalbadal suriyalıları həcc mərasimindən məhrum edibdir.

Suriyanın vəqflər nazirliyi bir bəyanatda səud başçılarını tənqid edərək, bildirib: Ərəbistan rejiminin sabotajı və siyasi hərəkətləri ucbatından Suriya xalqı həcc fərizəsini yerinə yetirməkdən məhrum olubdur.

Suriyanın vəqflər və xarici işlər nazirlikləri dəfələrlə səudiyyənin həcc nazirliyindən və İslam Əməkdaşlıq Təşkilatından istəyiblər ki, suriyalıların Allah Evinin ziyarətinə getmələrinə zəmin yaratsınlar.

Qətərin vəqflər və islami işlər nazirliyi də Ərəbistanın Qətər vətəndaşlarının həcc fərizəsini yerinə yetirmələri yolundakı sabotajının davam etməsini tənqid edibdir.

Bundan öncə də Hərəmeyn Şərifeynin idarə olunmasına beynəlxalq nəzarət heyəti Ərəbistan hökumətinin müqəddəs məkanların idarə olunmasının siyasiləşdirilməsi, eləcə də Suriya və Qətər vətəndaşlarının ümrə və təməttö həccləri əməllərini yerinə yetirməkdən məhrum edilmələri üzrə hərəkətlərini pisləyərək, bu hərəkətləri İslam şəriətinə zidd adlandırmışdı.

Teqlər