Sionist hərbçilərin Qəzzədə atəş açması nəticəsində 4 fələstinli yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i315617-sionist_hərbçilərin_qəzzədə_atəş_açması_nəticəsində_4_fələstinli_yaralanıb
Sionist rejim hərbçiləri çərşənbə gecə Qəzzə zolağının cənubunda Rəfəhin şərqində fələstinli etirazçılara doğru atəş açıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 28, 2018 04:48 Asia/Baku
  • Sionist hərbçilərin Qəzzədə atəş açması nəticəsində 4 fələstinli yaralanıb

Sionist rejim hərbçiləri çərşənbə gecə Qəzzə zolağının cənubunda Rəfəhin şərqində fələstinli etirazçılara doğru atəş açıblar.

Fars Xəbər Agentliyinin məlumatına görə, sionist hərbçilərin atəş açması nəticəsində dörd fələstinli yaralanıb. 

Ötən 30 martdan Torpaq Günü münasibəti ilə Qəzzə zolağında başlayan Qayıdış Haqqı dinc yürüşü hələ də davam etməkdədir. 

30 martdan bəri bu yürüşlərdə sionist rejim hərbçilərinin atəş açması nəticəsində 130-dan çox fələstinli, o cümlədən 15 uşaq şəhid olub, təxminən 15 min nəfər də yaralanıb.