İyul 01, 2018 15:53 Asia/Baku
  • BƏƏ: Əl-Hədidədə hərbi əməliyyat dayandırılır
    BƏƏ: Əl-Hədidədə hərbi əməliyyat dayandırılır

Səudiyyə Ərəbistanının Yəmənə qarşı hərbi təcavüzü üçün yaradılmış koalissiyanın üzvlərindən biri olan Birləşmiş Ərəb Əmirlikləri Yəmənin Əl-Hədidə limanının işğal edilməsi üçün başladılmış hərbi əməliyyatdan 2 ay sonra , siyasi müzakirələrə fürsət bəhanəsi ilə əməliyyatın dayandırılmasından xəbər verib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, BƏƏ hökumətinin xarici işlər üzrə müşavir naziri bu gün tvitterdə yazıb: BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffitsin Ənsarullah qüvvələrinin Əl-Hədidə şəhəri və limanından qeyd-şərtsiz olaraq geri çəkilmələrini razılaşdırmaq üzrə missiyasını asanlaşdırmaq istiqamətində belə bir qərara gəlinib. 

BMT-nin Yəmən üzrə nümayəndəsi demişdi ki, Yəməndə toqquşan tərəflər arasında həyata keçən koordinasiyalar nəticəsində yaxın günlərdə müzakirələrə başlanılacaq. 

 

Teqlər