İyul 10, 2018 13:19 Asia/Baku
  • Sionist rejimin Qəzzəyə qarşı cinayəti
    Sionist rejimin Qəzzəyə qarşı cinayəti

Sionist rejim nazirlər kabineti Fələstin xalqına qarşı cinayətlərinin davamında Kərəm Əbu Salim keçidindən Qəzzə zolağına mal idxalatını yaxud bu keçiddən hərhansı ixracata qadağa qoyub.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, Sionist rejim ordusunun sözçüsü Avixay Adrei Qəzzə zolağından işğal olunmuş ərazilərə yandırıcı balonlar və çərpələnglərin göndərilməsinə reaksiyada Kərəm Əbu Salim keçidinin bağlanacağını bildirib. 

Adrei deyib: Qəzzə zolağının sahil sularında fələstinlilər üçün balıq tutmaq məsafəsi də 9 mildən 6 milə endiriləcək. 

Sionist ordunun sözçüsü həmçinin işğal olunmuş ərazilərə yandırıcı balonların buraxılması dayandırılmazsa Qəzzəyə daha ağır məhdudiyyətlərin tətbiq ediləcəyi ilə hədələyib.

Teqlər