"Müsəlman qardaşları"nın 75 üzvünə ölüm hökmü verilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i318689-müsəlman_qardaşları_nın_75_üzvünə_ölüm_hökmü_verilib
Qahirə məhkəməsi "Müsəlman qardaşları" qrupunun üzvlərindən 75 nəfəri edama məhkum və onların işini Misir müftisinə təqdim edibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 28, 2018 13:20 Asia/Baku
  • "Müsəlman qardaşları"nın 75 üzvünə ölüm hökmü verilib

Qahirə məhkəməsi "Müsəlman qardaşları" qrupunun üzvlərindən 75 nəfəri edama məhkum və onların işini Misir müftisinə təqdim edibdir.

Qahirə məhkəməsi bu gün hakim Həsən Fəridin sədrliyi ilə Misirin kənarlaşdırılmış prezidenti Muhəmməd Mursinin tərəfdarlarının aksiyası ilə bağlı müttəhimlərin işinə baxılması üçün Rabəə əl-Ədaviyyə və əl-Nəhzə meydanlarında iclas təşkil edərək, 75 müttəhimin edam olunmasına rəy verdi.

"Müsəlman qardaşları" qrupunun lideri Muhəmməd Bədiinin adı edama məhkum edilmişlər siyahısında görünmür.

Qahirə məhkəməsi sentyabrın səkkizini Misir müftisinin nəzərini əldə edəndən sonra bu müttəhimlərin hökmünün qiraəti günü kimi təyin edibdir.

Misirin "Müsəlman qardaşları" qrupunun adı Mursinin 2013-cü ilin iyul hərbi çevrilişi ilə kənarlaşdırılmasından sonra qanunsuz qruplar siyahısında yerləşdi və hazırda bu qrupun başçıları zindandadırlar.