Avq 02, 2018 16:02 Asia/Baku
  • Fələstinli şəhid anaları övladlarının cəsədlərinin təhvil verilməsini istəyirlər
    Fələstinli şəhid anaları övladlarının cəsədlərinin təhvil verilməsini istəyirlər

Şəhid övladlarının cəsədləri İsrail rejimi tərəfindən girov götürülən fələstinli analar övladlarının cənazələrinin təhvil verilməsi tələbi ilə bir daha aksiya keçiriblər. İsrail rejimi illərdir ki, fələstinli şəhidlərin cənazələrini ailələrinə təhvil verməkdən imtina edir.

Fələstinli analar şəhid övladlarının cənazələrini təhvil almaq üçün buradadırlar. İsrail rejimi fələstinli şəhidlərin cənazələrini illərlə morqlarda saxlayaraq, onları ailələrinə təhvil verməkdən imtina edir. Fələstinlilər isə şəhid övladlarının dəfn etmək üçün cəsədlərin təhvil verilməsini gözləyirlər.

Fələstinli ana deyir: “İsrail rejimi 13 aydır ki, övladımın cənazəsini təhvil verməkdən imtina edir. Bəzi şəhidlərin cəsədləri 2 ildən artıqdır ki, girov saxlanılır. Övladımın cəsədini sionistlərdən almadığım zamana kimi öz mübarizəmi davam etdirəcəyəm.”

 

Bir başqa şəhid anası isə deyir: “Sionistlər bizləri şəhidlərimizin cəsədlərini girov saxlamaq, evlərimizi viran etmək və bizi didərgin salmaq ilə təhdid edir. Onlar bu kimi rəftarlarla fələstinlilərin iradəsini sındıra biləcəklərini təsəvvür edirlər. Amma, səhv edirlər.”

 

İşğalçılar 1967-ci ildən bəri 270 fələstinli şəhidin cəsədini ailələrinə təhvil verməkdən çəkinərək, onları kodlaşdırılmış qəbrlərdə dəfn ediblər. Həmçinin, son intifazədə şəhid olan 17 fələstinlinin cəsədi də morqlarda saxlanılır. Fələstinlilər isə davamlı olaraq etiraz aksiyaları və piketlər təşkil etməklə övladlarının cəsədlərini ailələrinə təhvil verməsi üçün dünya ictimaiyyətinin İsrailə təzyiq göstərməsini istəyirlər.

 

Bir fələstinli ana bu barədə deyir: “Biz hamıdan dəstək istəmişik. Amma, indiyə kimi heç bir cavab almamışıq. Buna görə də Allaha pənah aparmışıq və inşallah haqqımızı onlardan alacağıq.”

 

 

 

Teqlər