Avq 24, 2018 10:44 Asia/Baku
  • BAT ərəbistanlı fəalın edamının ləğv olunmasını istəyib

Beynəlxalq Amnistiya Təşkilatı səud başçılarından istəyibdir ki, anti-hökumət aksiyalarında iştirakda ittiham olunan Əsra Əlğəmğamın dörd nəfərlə yanaşı olan edam hökmünü ləğv etsinlər.

Beynəlxalq Amnistiya Təşkilatının Yaxın Şərq üzrə şöbə müdiri Səmah Hədid dünən gecə deyib ki, bu hüquq müdafiəçisinin edam hökmünün icrası səudiyyənin əsarətində olan digər insan haqları müdafiəçiləri üçün ciddi təhdiddir.

Beynəlxalq Amnistiya Təşkilatının Yaxın Şərq üzrə şöbə müdiri deyib: Əlğəmğamın mühakimə edilməsində məqsəd, Ərəbistanın Qətif məntəqəsindəki müxalifləri susdurmaqdır və səud rejimi maksimum edam sayına malik ölkələrdəndir

Hədid insan haqları təşkilatlarına üzünü tutaraq, onlardan istəyibdir ki, Ərəbistanın qara insan haqları işinə gözlərini yummayaraq, siyasi fəalların mühakimə edilmələrinə, eləcə də beynəlxalq qanunlarla təzad təşkil edən hərəkətlərə mane olsunlar.

29 yaşlı ərəbistanlı qadın fəal- Əlğəmğam, həyat yoldaşı Musa Əlhaşim ilə yanaşı "Ərəbistanın Qətif məntəqəsində anti-hökumət aksiyaları təşkil etmək" adlandırılan məsələyə görə, 2015-ci ilin dekabrında həbs olunubdur.

Teqlər