Əlfəth koalisiyası Əlhəşduşşəbi rəisinin kənarlaşdırılmasından xəbər verib
Hadi Əlamirinin başçılıq etdiyi Əlfəth koalisiyası dünən gecə bir bəyanatda İraq milli təhlükəsizlik müşaviri və Əlhəşdüşşəbi-nin rəisi Falih Əlfəyyazın Heydər Əlibadinin göstərişi ilə kənarlaşdırılması haqda belə deyib: Bu qərar şəxsi və qanunsuz qərardır.
Bəyanatda deyilir: Əlibadinin Falih Əlfəyyazı Əlhəşdüşşəbi-nin rəisliyindən uzaqlaşdırmaq qərarı Əlhəşd-in və təhlükəsizlik orqanlarının siyasi çəkişmələrə və şəxsi hesabçürütmələrə çəkilmələri istiqamətində təhlükəli bir addımdır; bu qərar İraqın təhlükəsizliyinə zərbə vurur və daxili cəbhəni terrorizmin üzünə açır.
İraqın baş nazirlik ofisi dünən gecə belə qeyd edib: Falih Əlfəyyaz əsas qanuna görə, təhlükəsizlik başçılarının tapşırıqları ilə təzad təşkil edən siyasi və partiya fəaliyyətinə daxil olmaq üzrə təmayülünə əsasən, milli təhlükəsizlik müşaviri, Əlhəşduşşəbi və təhlükəsizlik aparatının rəisliyindən kənara qoyulubdur.
"Qanun dövləti" koalisiyasının sədri Nuri Əlmalikinin ofis müdiri Hişam Əlrikabi də bildiribdir ki, Əlfəyyazın milli təhlükəsizlik müşaviri, Əlhəşduşşəbi və təhlükəsizlik aparatının rəisliyindən kənara qoyulması Əlnəsr koalisiyası üçün əks-nəticələr verəcəkdir.
Əlibadinin Əlfəyyazın kənarlaşdırılması istiqamətində atdığı addımlar elə bir şəraitdə həyata keçibdir ki, müxtəlif iraqlı qrup və koalisiyaların bu ölkənin yeni dövlətinin təşkili üzrə məşvərətləri davam etməkdədir və hətta baş nazir vəzifəsi üçün ehtimal olunan adlar arasında Falih Əlfəyyazın adı da irəli sürülübdür.