Hizbullah Livan hökumətinin tezliklə təşkil olunmasına çalışır
Sen 02, 2018 21:30 Asia/Baku
Livan Hizbullahının mərkəzi şurasının üzvü deyib: Hizbullah ölkədə hökumətin tezliklə təşkil olunmasına səy göstərir.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Şeyx Nəbil Qavuq bu gün deyib: Hizbullah Livanı iqtisadi böhrandan və su, elektrik və zibil böhranından xilas etmək üçün yeni hökumətin tezliklə təşkil olunmasına çalışır.
Livanın yeni parlamentinin təşkil olunmasından sonra Səd Həriri 24 mayda əksəriyyətin dəstəyini qazanaraq Livan prezidenti Mişeo Oun tərəfindən nazirlər kabinetini təşkil etməyə missia aldı, amma Səudiyyə Ərəbistanı kimi bəzi region ölkələrinin tamahkarlığına görə bu missiya indiyədək yerinə yetirilməyib.