Anti-Yəmən koalisiyasının komandanlıq mərkəzində amerikalı general
Yəmən ordusunun sözçüsü ABŞ ordusu Mərkəzi Qərargahının komandanı Cozef Votelin Ərəbistanın başçılıq etdiyi anti-Yəmən koalisiyasının komandanlıq mərkəzində olduğunu deyib.
İRİB-nin verdiyi məlumata görə, Yəmən ordusunun sözçüsü Şərəf Loğman öz şəxsi tvitter hesabında yazıb: Təcavüzkar koalisiyanın 4 ildir ki, davam edən Yəmən müharibəsində ağır məğlubiyyətə düçar olmasının ardınca Pentaqon Yəmən qarşı savaşa rəhbərlik etməsi üçün general Cozef Voteli işğal altında olan Ədən şəhərinə göndərib.
Şərəf Loğman həmçinin deyib: Əslində ABŞ-ın bu hərəkəti təcavüzkar koalisiyaya rəhbərliyin Yəmənə qarşı savaş başladan Ərəbistan və Birləşmiş Ərəb Əmirliyinin nəzarətindən çıxarılması və bu savaşa birbaşa olaraq Pentaqonun nəzarət etməsi mənasındadır.
Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri 2015-ci ilin martında ABŞ və Britaniyanın dəstəyi ilə Yəmənə qarşı geniş hücumlara başlayıblar.
Təcavüzkar koalisiya Yəməni havadan, dənizdən və qurudan mühasirədə saxlayaraq, Yəməni humanitar fəlakətə sürükləyiblər.
Təcavüzkar koalisiya indiyə kimi Yəməndə on minlərlə insanı qırğın edib. Milyonlarla insan evindən didərgin düşüb.