Bəhreynin Həməd şəhərinin sakinləri əzadarlıq ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i322906-bəhreynin_həməd_şəhərinin_sakinləri_əzadarlıq_ediblər
Ali-Xəlifə rejiminin hüseyniyyə tikmək icazəsi vermədiyi Bəhreynin Həməd şəhərinin sakinlərindən minlərlə nəfər Məhərrəm ayı və Həzrət Əba Əbdillah Əl-Husəyn(ə)-ın şəhadəti ilə bağlı şəhərin baş meydanında əzadarlıq edibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 15, 2018 14:23 Asia/Baku
  • Bəhreynin Həməd şəhərinin sakinləri əzadarlıq ediblər

Ali-Xəlifə rejiminin hüseyniyyə tikmək icazəsi vermədiyi Bəhreynin Həməd şəhərinin sakinlərindən minlərlə nəfər Məhərrəm ayı və Həzrət Əba Əbdillah Əl-Husəyn(ə)-ın şəhadəti ilə bağlı şəhərin baş meydanında əzadarlıq edibdir.

Əzadarlıq mərasimi dünən gecə Həməd şəhərinin Əlrabə meydanında keçirilib.

Bəhreynlilər 2002-ci ildən bəri Məhərrəm ayının birinci ongünlüyündə Əlrabə meydanında əzadarlıq mərasimi keçirirlər. Bu il də Bəhreynin 25 məntəqəsinin sakinləri bu əzadarlıqda iştirak ediblər.

Həməd şəhərinin sakinləri bu mərasimdə bir bəyanat yayaraq bildiriblər ki, 34 ilin keçməsinə və onun sakinlərinin Həməd şəhərində hüseyniyyənin tikilməsi barədəki istəyinə rəğmən, Ali-Xəlifə rejimi Bəhreyn vətəndaşlarının bu istəyinə cavab verməyibdir.