Sen 20, 2018 14:27 Asia/Baku
  • Əsədin Putinə mesajı: Rusiya təyyarəsinin süqut etməsinə görə İsrail məsuliyyət daşıyır

Suriya prezidenti Bəşşar Əsəd Rusiyanın bir ədəd təyyarəsinin Suriya səmasında vurulmasına görə İsrailin məsuliyyət daşıdığını deyib.

Suriya prezidenti çərşənbə günü Rusiya prezidenti Vladimir Putina ünvanladığı müraciətdə bu ölkənin hərbi təyyarəsinə edilən hücum zamanı bir qrup Rusiya hərbçisinin ölməsinə görə başsağlığı verib və yaşanan hadisəni İsrailin həyasızlığının nəticəsi adlandırıb. 

Əsədin Putinə müraciətində deyilir: Bu hadisə İsrailin adət etdiyi həyasızlığın nəticəsidir. Bu rejim davamlı olaraq öz alçaq niyyətinə çatmaq üçün ən çirkin vasitələrdən istifadə edir. 

Suriya prezidenti həmçinn, bu hadisədə həlak olan Rusiya hərbçilərini qəhrəman adlandırıb və onların Suriyada digər silahdaşları ilə birlikdə terrorizmə qarşı mübarizə apardıqlarını deyib. 

Teqlər