Yəmənin Xarici İşlər Nazirliyi: Yəməndəki savaşa görə Ərəbistan və BƏƏ məsuliyyət daşıyır
Yəmənin Xarici İşlər Nazirliyi dünya ictimaiyyətini Yəmən müharibəsinə görə Ərəbistan və Birləşmiş Ərəb Əmirliyinin məsuliyyət daşıdığını qəbul etməyə səsləyib və 4 ildir ki, davam edən savaşın bütün iqtisadi, hüquqi və insani nəticələrinə görə bu iki ölkənin məsuliyyət daşıdığını bildirib.
Yəmənin dövlət xəbər agentliyinin verdiyi məlumata görə, Yəmənin Xarici İşlər Nazirliyindəki bir rəsmi BƏƏ-nin BMT-dəki nümayəndəsi Lana Zəki Nəsibənin Təhlükəsizlik Şurasının sədrinə yazdığı məktubda Yəmənin Milli Qurtuluş Hökumətini Cenevrə sülh danışıqlarının uğursuz qalmasının başlıca səbəbkarı qələmə verməsinə reaksiya olaraq deyib: Ərəbistan və BƏƏ Cenevrə sülh müzakirələrinin başlıca müxalifi olaraq Yəmənin nümayəndə heyətinin bu müzakirələrdə iştirakına mane olublar.
Bu yəmənli rəsmi Ərəbistan və BƏƏ-nin Təhlükəsizlik Şurasının üzvlərini Yəməndəki müharibə ilə bağlı çaşdırmağa çalışdıqlarını deyərək, əlavə edib: BƏƏ-nin məktubu BMT-yə üzv bir ölkənin bu təşkilatın bir başqa üzvünə qarşı təcavüzünü sübut edən aydın fakt sayılır.
Yəmən böhranı ilə bağlı Cenevrə sülh müzakirələri 6 sentyabrda keçirildi. Amma, Ərəbistanın başçılıq etdiyi koalisiya Yəmənin Ənsarullah hərəkatının nümayəndə heyətinin bu iclasda iştirak etmək üçün Cenevrəyə səfər etməsinə mane olması iclasın təxirə salınmsına səbəb olub.