Sabah, Qəzzə mühasirəsinin sındırılması üzrə onuncu dəniz yürüşü keçiriləcək
Sen 30, 2018 21:28 Asia/Baku
Qəzzə zolağının mühasirəsinin sındırılması üzrə onuncu dəniz yürüşü sabah Qəzzə limanından bu məntəqənin şimal sərhədlərinədək keçiriləcək.
Qəzzə zolağının mühasirəsinin sındırılması üzrə milli hərəkət komitəsi bu gün bildirib: Bu dəniz yürüşündə məqsəd budur ki, Fələstin xalqı bütün regional sularda balıq tutmaq haqqına malikdir, həmçinin Qəzzəni dünyaya qovuşduran dəniz gəmiçilik xətti işə salınmalıdır.
Bu komitə vurğulayıb: Fələstin xalqı düşmənlərin vəziyyəti qarışdırmaq üzrə səylərinə məhəl qoymadan Qəzzə zolağının mühasirəsinin sındırılması üzrə fəaliyyətlərini davam etdirəcək. Bu komitə həmçinin Fələstin xalqına qarşı cinayətlərə görə, işğalçıların məsuliyyətə cəlb olunmalarını istəyibdir.