Əlhəşduşşəbi qüvvələri Nəcəfi-Əşrəfdə yerləşiblər
Okt 20, 2018 21:30 Asia/Baku
Əlhəşduşşəbi qüvvələrinin Nəcəfi-Əşrəfdəki məsul şəxsi bu təşkilatın könüllü qüvvələrindən bir qrupunun bu vilayətin müxtəlif məntəqələrində yerləşməsindən xəbər verib.
Qasim Əlxaqani bir bəyanat verərək bildirib ki, bu təşkilatın könüllü qüvvələri təhlükəsizlik qüvvələrinə dəstək olmaq, zəvvarların hərəkətini təşkil etmək, tibb və səhiyyə xidmətləri göstərmək üçün Nəcəfi-Əşrəfin müxtəlif məntəqələrində yerləşiblər.
Əlxaqani əlavə edib: Zəvvarlara xidmət və dəstək istiqamətində həmkarlıq üçün İraqın təhlükəsizlik xidmətləri və polis mərkəzi ilə lazımi təhlükəsizlik koordinasiyaları davam edir.
Əba Əbdillah Əl-Husəyn(ə) zəvvarlarının təhlükəsizliyi və sağlamlığını təmin emək üçün İraqın otuz min təhlükəsizlik qüvvəsi səfərbər edilibdir.