Okt 21, 2018 15:31 Asia/Baku
  • İraqın daxili işlər naziri Ərbəin təhlükəsizlik layihələrinə nəzarət üçün Kərbəlaya gedib
    İraqın daxili işlər naziri Ərbəin təhlükəsizlik layihələrinə nəzarət üçün Kərbəlaya gedib

İraqın daxili işlər naziri, Husəyn(ə) Ərbəini zəvvarlarının mühafizəsi istiqamətindəki təhlükəsizlik layihələrinə nəzarət üçün Kərbəlaya gedib.

Bağdadda olan bir təhlükəsizlik mənbəyi bildirib ki, İraqın daxili işlər naziri Qasim Ələrəci Babildə də Husəyn(ə) Ərbəini zəvvarlarının təhlükəsizliklərinin təmini layihəsinə nəzarət edir.

Belə bir halda, İraqın otuz min təhlükəsizlik qüvvəsi Əba Əbdillah Əl-Husəyn(ə) zəvvarlarının təhlükəsizlikləri və sağlamlıqlarının təmini üçün səfərbər edilib və Əlhəşduşşəbi könüllü qüvvələrindən bir qrupu da Husəyn(ə) Ərbəini ərəfəsində bu vilayətin müxtəlif məntəqələrində yerləşibdir.

İraqın "Diyali" əməliyyat komandanlığı qərargahı da bu vilayətin şimal-şərqində İŞİD terror qrupu qalıqlarının aşkar edilərək məhv edilməsi üzrə geniş əməliyyatın icrasından xəbər verərək, bildirib ki, təhlükəsizlik qüvvələri İŞİD ünsürlərindən bir qrupunu, o sıradan bu terror qrupunun Ələnbar və Kərkük vilayətlərindəki başçısını həbs ediblər.

Teqlər