Qaşıqçı müəmması davam edir
Ərəbistan tənqidçi jurnalist Camal Qaşıqçının bu ölkənin İstanbuldakı baş konsulluğunda qətlə yetirilməsinə dair rəsmi açıqlama verməsinin ardınca, bu rüsvayçılıqdan birdəfəlik xilas olmaq üçün yeni ssenariyə başlayıb.
Yoxa çıxmasından 20 gün ötməsinə rəğmən, hələ də jurnalist Camal Qaşıqçının başına gələnlər gizli olaraq qalır. Halbuki, Ərəbistanın İstanbuldakı baş konsulluğundan çıxdıqdan sonra, 60 illiyini nişanlısı ilə qeyd edəcəkdi. Amma, indiyə kimi cəsədinin belə harda olduğu məlum deyil.
Həqiqətin nə olduğunu bilmək istəyən jurnalistlər isə burda bir araya gəliblər. Verilən bəyanatların, səsləndirilən etirazların ardı-arası kəsilmir.
“Biz Qaşıqçının cəsədinin harda olduğunu öyrənənə kimi mübarizə aparacağıq. Ali-Səud gecikmiş bir etirf ilə bizi Qaşıqçı olayına göz yummağa qane edə bilməz. Bu cinayət dünyaya səs salmalıdır.”
Türkiyə rəsmiləri isə hadisənin şahidi olan 45 nəfəri istintaqa cəlb edib. Baş Konsulluğun yerli işçilərindən olan 20 nəfər Qaşıqçı olayı zamanı iş yerində olmayıb.
“Qaşıqçı olayı ilə bağlı hər şeyə aydınlıq gətirəcəyik. Araşdırmalar davam edir. Və nəticə tam aydın formada ictimailəşdiriləcək. Araşdırmalar başa çatmamış, heç kimi ittiham etmək olmaz.”
Bu arada Səudiyyə qaynaqlarından medialara daxil olan məlumatlara əsasən Ərəbistan vəliəhdinin sağ əli olan general Əhməd Əsiri Qaşıqçı olayının baş müttəhimi elan edilib. Bu məlumata görə, guya general Əhməd Əsiri özbaşına şəkildə İstanbula 15 nəfərlik xüsusi dəstə göndərib. Bu dəstə ilk növbədə Qaşıqçını Ərəbistana qayıtmağa razı salmalı, imiş. Qaşıqçının bununla razılamayacağı təqdirdə isə onu oğurlayaraq, zorla Ərəbistana gətirməli imiş.
Bu mənbə daha sonra bildirib: General Əsirinin göndərdiyi 15 nəfərlik dəstə Qaşıqçı ilə müzakirə aparmaq istəyərkən, jurnalist hay-küy salmağa başlayıb. Xüsusi dəstənin üzvləri isə onu sakitləşdirməyə çalışıblar. Amma, Qaşıqçı boğularaq, həyatını itirib.
Ərəbistanlı mənbə Qaşıqçının qəsdən qətlə yetirilməsini rəddə edərək, bunun təsadüfən baş verdiyini iddia edib.
Bu məlumata görə, general Əsirinin 15 nəfərlik dəstəsi daha sonra Qaşıqçının cənazəsini, gizlətməsi üçün yerli agentlərindən birinə təhvil veriblər.
Bu mənbə Qaşıqçının ölümünə görə Məhəmməd Bin Salmanın məsuliyyət daşımadığını deyərək, bu hadisədə onun şəxsi cangüdəni Mahir Əl-Mütribi günahkar elan edib. Belə ki, Mütrib Qaşıqçı ilə üzləşdiyi zaman özünə nəzarəti itirərək, Qaşıqçını təhdid etməyə başlayıb. Daha sonra isə məlum hadisə baş verib.
Bu mənbə Ərəbistanın Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin mütəxəssisi Səlah Ət-Təbiqinin də İstanbula göndərilən 15 nəfərlik xüsusi dəstənin tərkibində olduğunu bildirib və deyib: O, Qaşıqçının qətlindən sonra, izləri itirib.
Amma, Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Mərkəzi ekspertinin müzakirə qrupunun tərkibinə nə üçün salındığına aydınlıq gətirməyib.
Ərəbistanlı mənbə 15 nəfərlik xüsusi dəstənin üzvlərindən olan Mustafa Mədəninin, qətl hadisəsindən sonra Qaşıqçının paltarını geyinərək, arxa qapıdan Ərəbistanın Baş Konsulluğunu tərk etdiyini və bununla da Qaşıqçının konsulluqdan çıxdığı görüntüsünü yaratmağa çalışdığını bildirib.
Dünənə kimi hər şeyi inkar edən Ərəbistanlılar indi 15 nəfərlik dəstənin Ər-Riyad başçılarını yanlış məlumatlandırdıqlarını iddia edirlər. Buna görə də onların mühakimə olunacaqları bildirilir.
Şərqül Əvsət qəzeti də ABŞ prezidentinin Qaşıqçı olayı ilə bağlı mövqeyini bir qələbə və macəranın xətmi adlandırıb və bildirib: Ərəbistandakı müqəddəs məkanların varlığından sui-istifadə edərək, Ali-Səudun üzünü ağ etməyə çalışıb.