Ərəbistan prokuroru Qaşıqçının qətlinin öncədən planlaşdırıldığını etiraf etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i326660-Ərəbistan_prokuroru_qaşıqçının_qətlinin_öncədən_planlaşdırıldığını_etiraf_etdi
Türkiyənin xarici işlər naziri deyib: Ərəbistanın baş prokuroru türkiyəli həmkarı ilə görüşdə ərəbistanlı jurnalist Camal Qaşıqçının qətlinin öncədən planlaşdırıldığını etiraf edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2018 16:17 Asia/Baku
  • 
Ərəbistan prokuroru Qaşıqçının qətlinin öncədən planlaşdırıldığını etiraf etdi
    Ərəbistan prokuroru Qaşıqçının qətlinin öncədən planlaşdırıldığını etiraf etdi

Türkiyənin xarici işlər naziri deyib: Ərəbistanın baş prokuroru türkiyəli həmkarı ilə görüşdə ərəbistanlı jurnalist Camal Qaşıqçının qətlinin öncədən planlaşdırıldığını etiraf edib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Mövlud Çavuşoğlu bu gün bazar ertəsi günü deyib: Ərəbistanın baş prokuroru Səud bin Mübarək Əl-Muəccəb İstanbulda türkiyəli həmkarı ilə görüşdə ərəbistanlı jurnalist Camal Qaşıqçının qətlinin öncədən planlaşdırıldığını etiraf edib.

Mövlud Çavuşoğlu İstanbulda azərbaycanlı və gürcüstanlı həmkarları ilə birgə mətbuat konfransında səsləndirdiyi bu sözlərin davamında deyib: Ərəbistan və Türkiyənin baş prokurorları arasında informasiya mübadiləsi Qaşıqçı olayına aydınlığın gətirilməsində faydalı olacaq.

O, həmçinin deyib: Ümidvaram Ərəbistan Qaşıqçının qətli ilə bağlı araşdırmalarını ən qısa zamanda yekunlaşdırsın.

Türkiyənin xarici işlər naziri həmçinin deyib: Ərəbistanın baş prokurorunun İstanbula olan səfəri böyük əhəmiyyət kəsb edirdi və bu səfər Ər-Riyadın istəyi əsasında baş tutmuşdu. İki ölkənin baş prokurorları arasında Qaşıqçı olayı ilə bağlı əməkdaşlıq vaxt itirmədən həyata keçirilməlidir.