Dəra əhalisi Bəşşar Əsədə dəstək aksiyası keçirib
Noy 16, 2018 13:26 Asia/Baku
Dünən Suriyanın Dəra şəhərində minlərlə nəfər bu ölkənin prezidenti Bəşşar Əsədə dəstək istiqamətində aksiya keçirib.
Cari ilin iyun ayının ortalarında silahlı qruplar yüngül və ağır silahların təhvil verilməsi qarşılığında Suriyanın cənubunu tərk etdilər və bu ölkənin ordusu onların nəzarətləri altında olan məntəqələrə daxil oldular. Dəra şəhəri də elə o zaman Suriya ordusunun nəzarətinə keçdi.
Əksər hissəsi Dəranın cənub məntəqələrinə toplaşmış aksiyaçıların əllərində Suriya bayraqları olub. Onlar Suriya hökumətinə və Bəşşar Əsədin bu ölkə olayları barədəki siyasətlərinə dəstək veriblər.