B.Əsəd: Müstəqil ölkələrin müqaviməti beynəlxalq arenanı dəyişəcəkdir
Suriya prezidenti deyib: Qərbin planlarının uğursuz qalması və Suriya və Şimali Koreya kimi müstəqil ölkələrin müqaviməti beynəlxalq arenanı dəyişə bilər.
Suriya prezidenti Bəşşar Əsəd Dəməşqdə Şimali Koreyanın xarici işlər naziri Ri Yon Ho ilə görüşdə vurğulayıb: Təkfirçi İŞİD terrorçularının Suriyaya göndərilməsi və Qərb ölkələrinin onlara dəstək vermələri Qərbin planları qarşısında dayanan və səs müstəqilliyinə malik olan ölkələrin zəiflədilməsi deməkdir.
Şimali Koreyanın xarici işlər naziri də belə deyib: Şimali Koreyanın, Suriyanın, eləcə də xarici müdaxiləni və hegemon siyasətləri qəbul etməyən bütün ölkələrin düşmənləri müştərəkdir.
Suriya prezidenti və Şimali Koreyanın xarici işlər naziri iki ölkənin əlaqələri və bu əlaqələrin gücləndirilməsi yolları ətrafında da fikir mübadiləsi aparıblar.
Bu, ötən dörd ildə Şimali Koreyanın xarici işlər nazirinin Suriyaya olan ilk səfəridir.