Ənsarullah heyətinin başçısı: Sülh müzakirələrini BMT TŞ-də təsdiqləsin
İsveçdə keçirilən Yəmən sülh müzakirələrində Ənsarullah heyətinin başçısı deyib: Yəmən sülh müzakirələrinin nəticələri bir qətnamənin ilkin yazısı formasında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməlidir.
Məhəmməd Əbdüssalam Əl-Məyadin telekanalına verdiyi müsahibədə deyib: İsveç sülh müzakirələri siyasi həll yolu olmadan hərbi əməliyyatın nəticəsiz olduğunu göstərdi və 2216 saylı qətnamə Səudiyyə koalisiyasının Yəmənə qarşı 4 illik hərbi hücumuna örtük olaraq yenidən baxılmalıdır.
2015-ci il 14 apreldə qəbul olunmuş sözü gedən qətnamə Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadiyə dəstək verir və Səudiyyə Ərəbistanının Yəmən xalqına qarşı hücumlarını görməməzliyə vurur.
Ənsarullah nümayəndəsi Yəməndə bütün qrupların iştirakı ilə keçid hökumətinin yaradılmasının vacibliyini vurğulayıb.
Yəmən sülh müzakirələri dünən Stokholmda başlanıb.