Həmas: Fələstin əleyhinə qətnamənin rədd edilməsi Tramp dövlətinə vurulan bir şillədir
Dek 07, 2018 14:34 Asia/Baku
Fələstin İslami Müqavimət Hərəkatı- Həmas BMT Baş Assambleyasında Fələstin əleyhinə qətnamənin rədd olunmasını Fələstin amalının legitimliyinin nişanəsi və Amerika hökuməti üçün digər bir məğlubiyyət adlandırıb.
Həmas-ın sözçüsü Fuzi Bərhum bu gün səhər tezdən bir bəyanatda müxtəlif ölkə və tərəflərin Amerikanın Fələstin İslami Müqavimət Hərəkatı- Həmas və fələstinlilərin müqaviməti əleyhinə qətnamə layihəsinin qəbul olunması ilə mübarizə üzrə səylərini yüksək dəyərləndirərək, bildirib ki, bu səylər Fələstin xalqının amalının haqlılığına dəstəyin nişanəsidir və fələstinlilər birlik və həmrəyliklə bütün problemlərlə mübarizə apara və fələstinlilərə qarşı təqdim olunan fitnə və planları məğlub edə bilərlər.