Yan 19, 2019 12:19 Asia/Baku
  • Bəsrədə etirazlar bərpa olunub
    Bəsrədə etirazlar bərpa olunub

Bəsrə əhalisi dünən bir daha qarışıq iqtisadi vəziyyətə və işsizliyə etiraz olaraq küçələrə çıxıbdır.

Bəsrə əhalisi işsizlik probleminin aradan qaldırılmasını, həmçinin bir neçə gün bundan qabaq bu şəhərin "İzzəddin Səlim" məntəqəsində keçirilən aksiya zamanı həbs olunmuş şəxslərin azadlığa buraxılmalarını tələb edir.

Vilayət Şurasının buraxılması, valinin kənarlaşdırılması və Bəsrə neft şirkətlərində işləyən xarici fəhlələrin yerli əhali ilə əvəz edilmələri etirazçıların digər tələblərindəndir.

Bəsrə ötən yayda dövlət korrupsiyası, işin olmaması, əkinçilik və içməli suyun duzlu olması və çatışmazlığı, işığın uzunmüddətə kəsilmələri, ümumi xidmətlərin zəif olması və ya heç olmamasına qarşı birneçəaylıq geniş etirazların şahidi olubdur.

Bəzən zorakılıqla nəticələnən bu etirazlarda bir neçə nəfər ölüb və yaralanıbdır.

Teqlər