Qəzzəyə daxil olmazdan öncə “casusluq sistemləri” yükü aşkar edilərək, müsadirə olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i334986-qəzzəyə_daxil_olmazdan_öncə_casusluq_sistemləri_yükü_aşkar_edilərək_müsadirə_olunub
Qəzzə zolağında Fələstin təhlükəsizlik xidməti “Kərəm Əbu-Salim” ticarət keçidində izləmə sistemləri ilə təchiz olunmuş hərbi ayaqqabılar yükünün aşkar edilərək, müsadirə olunmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 17, 2019 11:10 Asia/Baku
  • Qəzzəyə daxil olmazdan öncə “casusluq sistemləri” yükü aşkar edilərək, müsadirə olunub
    Qəzzəyə daxil olmazdan öncə “casusluq sistemləri” yükü aşkar edilərək, müsadirə olunub

Qəzzə zolağında Fələstin təhlükəsizlik xidməti “Kərəm Əbu-Salim” ticarət keçidində izləmə sistemləri ilə təchiz olunmuş hərbi ayaqqabılar yükünün aşkar edilərək, müsadirə olunmasından xəbər verib.

“Kərəm Əbu-Salim” ticarət keçidi Qəzzə zolağını xaric dünyaya ilə əlaqələndirən yeganə ticarət keçidiidir.

Fələstin təhlükəsizlik xidməti bildirib ki, sionist rejim müqavimət qüvvələrindən casusluq etmək və onları nəzarətdə saxlamaq üçün hərbi ayaqqabıların içində gizli izləmə sistemi yerləşdiribdir.

Bundan öncə də Həmas-ın milli təhlükəsizlik və daxili işlər nazirliyi sionist rejimlə həmkarlıq və bu rejim üçün casusluq ittihamı ilə 45 fələstinlinin həbs olunmasından xəbər vermişdi.

Qəzzə zolağında Fələstin milli təhlükəsizlik və daxili işlər nazirliyinin tabeliyində olan təhlükəsizlik xidməti bildiribdir ki, bu barədə geniş təhqiqata başlayıbdır.