İnsan haqları təşkilatları ərəbistanlı fəalların mühakimə olunmalarını tənqid ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i336017-İnsan_haqları_təşkilatları_ərəbistanlı_fəalların_mühakimə_olunmalarını_tənqid_ediblər
"Human Rights Watch" və Beynəlxalq Amnistiya Təşkilatı daxil olmaqla bir qrup beynəlxalq və insan haqları təşkilatı dünən ərəbsitanda insan haqlarının pozulmasından nigarançılıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 03, 2019 06:17 Asia/Baku
  • haqları təşkilatları ərəbistanlı fəalların mühakimə olunmalarını tənqid ediblər
    haqları təşkilatları ərəbistanlı fəalların mühakimə olunmalarını tənqid ediblər

"Human Rights Watch" və Beynəlxalq Amnistiya Təşkilatı daxil olmaqla bir qrup beynəlxalq və insan haqları təşkilatı dünən ərəbsitanda insan haqlarının pozulmasından nigarançılıq edib.

Bu təşkilatlar ərəbistanın insan haqları fəallarını mühakimə etməsini pisləyiblər.

"Human Rights Watch" təşkilatının Yaxın Şərq bölməsinin müdir müavini Maykl Peyc bir bəyanatda bildirib: Ərriyad işgəncə ilə bağlı təhlükəli informasiyalar barədə təhqiqat sahəsində bir addım atmayıbdır.

Beynəlxalq Amnistiya Təşkilatı da ərəbistanda qadın hüquqları sahəsində öncül fəallar daxil olmaqla insan haqları fəallarının mühakiməsinin təhlükəli olması haqda xəbərdarlıq edib.

Səudiyyə rejimi insan haqları fəallarını ərəbistanın təhlükəsizliyini təhdidetmə kimi müxtəlif bəhanələrlə həbs və mühakimə edir ki, bu gediş son aylar ərzində kəskinləşibdir.

Beynəlxalq və insan haqları təşkilatları indiyədək dəfələrlə ərəbistanda söz azadlığının yatırılması, insan haqları fəallarının həbs və edam olunmalarını tənqid ediblər.

Bu təşkilatların etiraflarına görə, səud rejimi dünyada insan haqlarının əsas pozucularından biridir.

Ərəbistandakı siyasi məhbusların sayı otuz min nəfərə çatır. Bu rəqəm ali-səud diktatura rejiminin polis siyasətinin dərinliyindən xəbər verir.