Qəzzə və Beyrutda sionist rejimlə əlaqələrin adiləşdirilməsilə müxalifət
-
Qəzzə və Beyrutda sionist rejimlə əlaqələrin adiləşdirilməsilə müxalifət
Ərəblərin sionist rejimlə əlaqələrinin adiləşdirilməsilə müxalifət istiqamətində Qəzzə və Beyrutda müqavimətin yığıncaqları keçirilib.
Bu yığıncaqların iştirakçıları sionist rejimlə əlaqələrin adiləşdirilməsilə mübarizəyə təkid edərək, onu aşkar və tərəddüdedilməz bir xəyanət adlandırıb və belə vurğulayıblar: Sionist rejimlə əlaqələrin adiləşdirilməsi bir xəyanətdir ki, xalqlarımız onu və onun ardınca olan kəsləri də bağışlamayacaqlar.
İştirakçılar əlavə ediblər: Adiləşdirməyə səy işğalçıları təşviq edir ki, Məsciduləqsanı, işğal olunmuş Qüdsü, fələstinlilərin qırğın edilmələrini və onların milli hüquqlarına göz yummağı davam etdirsinlər.
İclas iştirakçılarından olan Livanın Cəbəl məntəqəsinin ortodoks yepiskopu Corc Səliba deyib: İşğalçılarla əlaqələri adiləşdirməyi rədd edirik. Sionistlər bizim ölkəmizi qəsb ediblər. Onlar Fələstini işğal edib, onun xalqını didərgin salıblar. Onların vəhşilikləri də gündən-günə artır. Müqavimət qüvvələrini qanlarına qəltan edirlər. Öz hüquqlarını müdafiə edən şəxslərə etiraz edirlər.
Bu iclasın digər iştirakçısı- fələstinli mütəfəkkir Monir Şəfiq deyib: Bu ümmət, o sıradan din alimləri, müsəlmanlar, xristianlar, eləcə də siyasi hərəkatlar və sairə ayağa qalxmalı və baş tutmayacaq bu biabırçı hərəkətə qarşı fəryad etməlidirlər.
Məlumatın davamında deyilir: İclas iştirakçıları bəzi rejimlərin sionist rejimlə əlaqələri adiləşdirmək üzrə səylərini kəskin tərzdə pisləyiblər.
Müsəlman Din Alimləri Assambelyasının üzvü Şeyx Mərvan əl-Rəfai deyib: Biz müsəlmanlar, xristianlar və ərəblər insani vicdana əsasən deyirik: Bu günlər sionist rejimlə əlaqələrin adiləşdirilməsi üzrə göstərilən səylər heç bir vəchlə xalqların nəzərlərinə əsaslanmır və bu hərəkət sırf olaraq, rejimlərə aiddir.
İclasın başqa bir iştirakçısı- Şeyx Yusif Abbas deyib: Sionist rejimlə əlaqələrin adiləşdirilməsi bütün səmavi dinlərə və insan dəyərlərinə xəyanətdir. Buna görə, bu yolda olanlar bu işdən əl çəkməli, düz yola qayıtmalı və ədaləti müdafiə etməlidirlər.
Məlumatın davamında deyilir: Beyrut iclası ilə bir zamanda oxşar iclas da Qəzzədə keçirilibdir. Bu iclas elə bir halda keçirilibdir ki, sionist rejimin fələstinlilərə qarşı təcavüzləri, eləcə də bu rejimin Qüdsi-Şərifi yəhudiləşdirmək üzrə səyləri artıbdır.