Həmahda mina partlayıb; beş nəfər həyatını itirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i336347-həmahda_mina_partlayıb_beş_nəfər_həyatını_itirib
Terroçuların Suriyanın Həmah şəhərinə hökmranlıqları dövründən qalmış bir minanın partlaması nəticəsində azı beş nəfər həyatını itirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 08, 2019 06:38 Asia/Baku
  • Həmahda mina partlayıb; beş nəfər həyatını itirib
    Həmahda mina partlayıb; beş nəfər həyatını itirib

Terroçuların Suriyanın Həmah şəhərinə hökmranlıqları dövründən qalmış bir minanın partlaması nəticəsində azı beş nəfər həyatını itirib.

Bu mina dünən Həmah şəhərinin şimal ətrafında yerləşən “Təyyibə Əlimam məntəqəsində partlayıb.

Terrorçular Həmahı və Suriyanın digər məntəqələrini qəsb edərkən yaşayış binaları, şose yollarını və adi yolları, ictimai məkanları, avtomobilləri, motosikletləri və hətta uşaq oyuncaqlarını partlayış tələlərinə çevirmişdilər ki, bu da onların iri miqdarda sursat və partlayıcı maddələr əldə edə bilmələrinin nişanəsidir.

Suriyada böhran, regionun parametrlərini sionist rejimin xeyrinə dəyişdirmək niyyəti ilə 2011-ci ildə ərəbistan, ABŞ və müttəfiqlərinin dəstək verdikləri  terror qruplarının geniş hücumları ilə başlandı.

 İran İslam Respublikasının hərbi məşvərət yardımları və Rusiyanın himayəsi ilə Suriyanın ordusu və xalqı bu fitnəni uğursuz qoydu, beləliklə də İŞİD terror qrupunun bu ölkədəki işinə son qoyuldu.

Hazırda digər terror qrupları da məğlub olmaqdadırlar.