Suriyanın müdafiə naziri kürd yaraqlılara xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i337148-suriyanın_müdafiə_naziri_kürd_yaraqlılara_xəbərdarlıq_edib
Suriyanın müdafiə naziri dünən vurğulayıb ki, ABŞ tərəfindən dəstək alan kürd yarımhərbçilərin milli barışıq prosesini qəbul və ya Suriyanın şimalında öz nəzarətləri altında olan məntəqəni tərk etməkdən savayı digər bir seçimləri yoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 19, 2019 06:16 Asia/Baku
  • Suriyanın müdafiə naziri kürd yaraqlılara xəbərdarlıq edib

Suriyanın müdafiə naziri dünən vurğulayıb ki, ABŞ tərəfindən dəstək alan kürd yarımhərbçilərin milli barışıq prosesini qəbul və ya Suriyanın şimalında öz nəzarətləri altında olan məntəqəni tərk etməkdən savayı digər bir seçimləri yoxdur.

Suriyanın müdafiə naziri Əli Abdullah Əyyub İraq və İran silahlı qüvvələri baş qərargahlarının rəisləri ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib: Suriya ordusu gec-tez bütün Suriya ərazisini terroçulardan və kürd yarımhərbçilərdən təmizləyəcəkdir.

Suriyanın müdafiə naziri həmçinin vurğulayıb ki, bu ölkə ərazisindən hətta bir qarış belə, hökumətin nəzarətindən kənarda qalmayacaqdır.