Suriya Qolan barədə BMT TŞ-nin iclasının keçirilməsini istəyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i337643-suriya_qolan_barədə_bmt_tŞ_nin_iclasının_keçirilməsini_istəyib
Suriya dünən gecə Qolan yüksəklikləri barədə BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 27, 2019 06:10 Asia/Baku
  • Suriya Qolan barədə BMT TŞ-nin iclasının keçirilməsini istəyib

Suriya dünən gecə Qolan yüksəklikləri barədə BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini istəyib.

Amerika prezidenti Donald Tramp martın 25-də beynəlxalq qanunlara zidd gedib, BMT Təhlükəsizlik Şurasının qətnamələrini birbaşa şəkildə pozaraq, bir fərman imzaladı ki, ona əsasən, Vaşinqton sionist rejimin Suriyanın işğal olunmuş Qolan yüksəkliklərinə hakmiyyətini rəsmən tanıyır.

Tramp bu fərmanı Vaşinqtonda sionist rejimin baş naziri Benyamin Netanyahunun yanında imzalayıb.

Trampın bu addımı regional və beynəlxalq reaksiyalara səbəb olubdur.

BMT Təhlükəsizlik Şurasının beş avropalı üzvü- İngiltərə, Fransa, Belçika, Almaniya və Polşa dünən müştərək bir bəyanatda Trampın bu hərəkətini beynəlxalq qanunların və Təhlükəsizlik Şurası qətnamələrininin pozulması adlandırıblar.

İslam Əməkdaşlığı Təşkilatı da Trampın bu hərəkətini beynəlxalq qanunların və Təhlükəsizlik Şurası qətnamələrininin, xüsusən 1967-ci il tarixli 242 və 1981-ci il tarixli 497 saylı qətnamələrinin aşkar şəkildə pozulması adlandırıb və bildirib ki, Qolan beynəlxalq qanunlara və Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, bir ərəb ərazisi olaraq, Suriyaya aiddir.

Avropa Birliyi də dünən gecə bir bəyanatda bildirdi ki, bu birlik sionist rejimin işğal olunmuş Qolan yüksəkliklərinə hakimiyyətini rəsmən tanımır.

Onlarla ölkə, o sıradan İran İslam Respublikası, İraq, Çin, Rusiya, Yaponiya, Ərəbistan, Türkiyə, İordaniya, əmirliklər, Misir, Küveyt, Bəhreyn, Oman, Qətər, Pakistan və Kanada da Trampın bu addımını pisləyiblər.

Sionist rejim 1967-ci ildə Qolan yüksəkliklərində Suriya ərazisinin təxminən 200 kvadrat-kilometrini işğal etdi və daha sonra bu məntəqəni işğal edilmiş ərazilərə əlavə etdi. Beynəlxalq ictimaiyyət bu anneksiyanı heç vaxt tanımayıbdır.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası da bu məntəqəni işğal edilmiş məntəqə adlandırıbdır

Amerika dövləti isə sionist rejimin qəsbkarlığının himayədarıdır.