Səud qırıcılarının Səədəyə hücumlarında on beş nəfər ölüb və yaralanıb
Mart 27, 2019 08:26 Asia/Baku
Səud qırıcıları dünən Yəmənin Səədə əyalətində yerləşən bir xəstəxananı bombalayıblar. Nəticədə yeddi yəmənli mülki ölüb, bir neçəsi uşaq olmaqla səkkiz nəfər də yaralanıbdır.
Bu hücumlar nəticəsində xəstəxanaya böyük xəsarətlər dəyib. Bir yanacaqdoldurma məntəqəsi də yanğına düçar olubdur.
Hücumların davam etməsinə, bir də, yaralılara yardımın göstərilməsinin çətin olmasına görə, tələfatın artması ehtimalı var.
Səud qırıcılarının dünən-martın 26-da Yəmənə olan hücumları bu ölkəyə qarşı hərbi təcavüzün düz, beşinci ilinin başlanğıcında, Ərəbistanın birinci cinayətidir.
Ərəbistanın Yəmənə qarşı hərbi təcavüzü 2015-ci il martın 26-da başlanıb.