Rusiya xəbərdarlıq etdi: İdlibdə terrorçular kimyəvi silahdan istifadəyə hazırlaşırlar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i337688-rusiya_xəbərdarlıq_etdi_İdlibdə_terrorçular_kimyəvi_silahdan_istifadəyə_hazırlaşırlar
Rusiyanın BMT-dəki daimi nümayəndəsi "Ənnüsrə Cəbhəsi" və "Ağ dəbilqəlilər" adlı terror qruplaşmalarının Suriyanın qərbində kimyəvi silahdan istifadə edərək, hücum həyata keçirməyə hazırlaşdıqlarına dair xəbərdarlıq etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 28, 2019 06:37 Asia/Baku
  • Vasili Nebenziya - Rusiyanın BMT-dəki nümayəndəsi
    Vasili Nebenziya - Rusiyanın BMT-dəki nümayəndəsi

Rusiyanın BMT-dəki daimi nümayəndəsi "Ənnüsrə Cəbhəsi" və "Ağ dəbilqəlilər" adlı terror qruplaşmalarının Suriyanın qərbində kimyəvi silahdan istifadə edərək, hücum həyata keçirməyə hazırlaşdıqlarına dair xəbərdarlıq etdi.

Suriyanın dövlət xəbər agentliyi SANA-nın bildirdiyinə görə, Vasili Nebenzya çərşənbə günü BMT-nin Təhlükəsizlik Şurasının Suriya mövzusunda təşkil etdiyi iclasda İdlibdə durumun ağır olduğunu dedi. 

Rusiyanın BMT-dəki daimi nümayəndəsi dedi: Suriyada ordu qüvvələri və mülki əhalinin mövqelərini hədəfə alan Ənnüsrə Cəbhəsi terror qruplaşması region ölkələri üçün təhdid sayılır. 

Vasili Nebenziya dedi: Terrorçular son zamanlar Həma şəhərinə və ətraf məntəqələrə olan son hücumlarında da kimyəvi maddələrdən istifadə etmişdilər. 

Rusiyanın BMT-dəki daimi nümayəndəsi həmçinin, Rükban düşərgəsində durumun xeyli ağır olduğunu deyərək, ABŞ və tabeliyində olan qüvvələrin mülki əhalinin bu düşərgəni tərk etmələrinə icazə vermədiklərini və onları girov kimi saxladıqlarını bildirdi.