Netanyahu Qəzzə zolağı sakinlərini hədələyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i337729-netanyahu_qəzzə_zolağı_sakinlərini_hədələyib
Sionist rejimin baş naziri bir daha mühasirədə olan Qəzzə zolağı sakinlərini hücumların artırılması ilə hədələyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 29, 2019 03:49 Asia/Baku
  • Netanyahu Qəzzə zolağı sakinlərini hədələyib
    Netanyahu Qəzzə zolağı sakinlərini hədələyib

Sionist rejimin baş naziri bir daha mühasirədə olan Qəzzə zolağı sakinlərini hücumların artırılması ilə hədələyib.

Benyamin Netanyahu dünən sionist rejim ordusunun Qəzzə zolağında yerləşən bölmələrdən baxış keçirdikdən sonra fələstinli mübarizlərin Qəzzədəki hərəkətlərini bəhanə gətirərək, deyib: Biz Qəzzənin müxtəlif məntəqələrində fələstinli mübarizlərə qarşı geniş əməliyyata hazırıq.

ABŞ prezidentinin sionist rejimin Suriyanın işğal olunmuş Qolan təpələrinə qəsbkarlığını rəsmən tanımasını alqışlayan Netanyahu deyib ki, bu addım sionist rejim üçün çox yaxşı bir diplomatik irəliləyişdir və Qəzzəyə qarşı hücumları davam etdirmək üçün bizə ürək-dirək verir.

Sionist rejimin Qəzzəyə qarşı təhdidlərinin davam etməsi elə bir haldadır ki, bu rejim 2017-ci ilin dekabrından bəri Qəzzəyə qarşı hava hücumlarının yeni mərhələsinə başlayıbdır.